Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin yanvarı

Bakı, 17 aprel, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

2 yanvar. Prezident Heydər Əliyev Yeni il münasibətilə paytaxtı gəzdi.

8 yanvar. ABŞ-ın tanınmış siyasi xadimi Henri Kissinceri qəbul etdi və onunla birgə brifinq keçirdi.

11 yanvar. İsrailin nümayəndə heyəti ilə görüşdü.

14 yanvar. BMT-nin Ümumdünya Ərzaq Proqramı üzrə nümayəndə heyətini qəbul etdi.

17-29 yanvar. Türkiyədə müayinə edildi. Gülhanə Hərbi Tibb Akademiyasında onu ziyarət edən Prezident Süleyman Dəmirəllə, Böyük Millət Məclisinin sədri Hikmət Çətinlə və qardaş ölkənin digər rəsmiləri ilə görüşdü. Azərbaycan və xarici KİV-ə müsahibə verdi.

19 yanvar. Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorlar Şurası tərəfindən “Dünyanın XX əsrdə görkəmli xadimi” adına layiq görüldü.

29 yanvar. Çankaya köşkündə Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşdü.

Türkiyənin TRT televiziyasına müsahibə verdi.

30 yanvar. Türkiyədən vətənə qayıtdı.

XXX

Prezident Heydər Əliyev Azərbaycanın dünya dövlətləri əlaqələrinin qurulmasına və genişlənməsinə xüsusi diqqət yetirirdi. Eyni zamanda, bu əlaqələr vasitəsilə xalqımızın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırırdı. Onun dünyada əsas güc mərkəzlərindən biri olan ABŞ-a səfərləri, bu ölkənin nüfuzlu siyasətçiləri ilə görüşləri, onları Azərbaycana dəvət etməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. 1999-cu il yanvarın 8-də tanınmış amerikalı siyasi xadim Henri Kissincer Bakıya gəldi. Heydər Əliyevlə görüşdə amerikalı siyasətçinin söylədiyi bu fikir diqqət çəkir: “Mən xüsusilə məmnunam ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünyaşöhrətli şəxsiyyət tərəfindən idarə olunur”.

Ulu Öndər görüşdə postsovet məkanında müstəqil Azərbaycanın bir çox başqa ölkələrdən fərqli olduğunu vurğuladı və bunun səbəblərini izah etdi.

Sitat: Keçmişdə Sovetlər İttifaqına daxil olmuş respublikalar içərisində müstəqil dövlət kimi yaşayan Azərbaycan bir çox başqa ölkələrdən fərqlidir. Mən iftixar hissi ilə deyə bilərəm ki, biz tam müstəqilik. Yəni bizim ərazimizdə xarici ölkələrin ordusu, hərbi bazası yoxdur və müstəqilliyi təmin etmək üçün biz bütün tədbirləri görmüşük. Nə qədər çətin olsa da, beynəlxalq təşkilatlarda, dünya miqyasında, o cümlədən mənsub olduğumuz Müstəqil Dövlətlər Birliyində biz öz müstəqil siyasətimizi ardıcıl olaraq aparırıq.

Ermənistan-Azərbaycan münaqişəsinin respublikanın ərazi bütövlüyünə, müstəqilliyinə mane olduğunu diqqətə çatdıran Heydər Əliyev dedi ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Bununla məşğul olan Minsk qrupunun fəaliyyətindən narazılığını dilə gətirən Azərbaycan Prezidenti həmsədrlərin - Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarının hələ təsirli bir nəticə əldə edə bilməyini söylədi.

Ümumiyyətlə, Heydər Əliyev keçirdiyi bütün görüşlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə diqqət çəkir, respublikanın üzləşdiyi çətinliklərin obyektiv səbəblərini açıqlayırdı. Məsələn, yanvarın 14-də BMT-nin Ərzaq Proqramının Şərqi Avropa və MDB ölkələri üzrə şöbəsinin müdiri Robert Hauzerin rəhbərliyilə ölkəmizə gəlmiş nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi arqumentlər bu baxımdan səciyyəvidir: “Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş bu torpaqlardan zorla çıxarılmış və vaxtilə Ermənistanın ərazisindən zorla çıxarılmış bir milyondan artıq qaçqın, köçkün Azərbaycanda ağır şəraitdə, əksəriyyəti çadırlarda çox ağır vəziyyətdə yaşayır...

Azərbaycan zəngin ölkə olmaq istəyir və bunun üçün əsas da vardır. Ancaq hələ zəngin deyilik və bunun üçün çox vaxt lazımdır. Biz məğrur millətik. Əgər biz zəngin olsaydıq, heç vaxt heç kəsdən yardım istəməzdik. Əksinə, başqalarına yardım edərdik. Əgər biz zəngin ölkələrdən və Birləşmiş Millətlər Təşkilatından, onun humanitar yardım idarələrindən Azərbaycanda ağır vəziyyətdə yaşayan qaçqınlara, köçkünlərə yardım istəyiriksə, demək, biz məcburiyyət qarşısındayıq. Ona görə də mən istərdim ki, buradakı təəssüratlarınız, gördükləriniz sizin Azərbaycanla əməkdaşlığınızın gələcəkdə əsasını təşkil etsin”.

Qeyd edək ki, bu gün müstəqil siyasət yürüdən və güclü iqtisadiyyata malik Azərbaycan dövləti xarici ölkələrdə irimiqyaslı humanitar layihələr həyata keçirir, çətinliyə düşənlərə kömək əlini uzadır. Bunu görəndə Ulu Öndərin 24 il əvvəl söylədiyi fikir yada düşür: “Əgər biz zəngin olsaydıq, heç vaxt heç kəsdən yardım istəməzdik. Əksinə, başqalarına yardım edərdik”.

Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdığı gündən gecəni-gündüzə qatır, istirahət bilmədən işləyir, qaçqın və məcburi köçkünlərin ağır vəziyyətindən qəlbən təsirlənirdi. Bütün bunlar onun sağlamlığına mənfi təsir göstərirdi. 1999-cu ilin yanvarında səhhətində yaranmış problemlə bağlı Türkiyəyə müayinə və müalicə olunmağa getdi. Gülhanə Hərbi Tibb Akademiyasında müayinə edilərkən Türkiyə Prezidenti Süleyman Dəmirəl vaxtaşırı onu görməyə gəlir, səhhəti ilə maraqlanırdı. Bu görüşlərin hər birində Azərbaycan-Türkiyə əməkdaşlığının davamlı olaraq inkişaf etdirilməsi, beynəlxalq vəziyyət və regional problemlər haqqında fikir mübadiləsi aparılırdı.

Həmin günlərdə Ümummilli Liderin ziyarətinə digər yüksəkvəzifəli şəxslər də gəlirdi. Bu görüşlər və söhbətlər haqqında informasiyalara nəzər salarkən Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına necə böyük önəm verdiyi bir daha aydın görünür. Məsələn, yanvarın 18-də Gülhanə Hərbi Tibb Akademiyasında Türkiyənin Baş naziri Bülənd Ecevit ilə görüşdə söylədiyi fikirlərə nəzər salaq: “Biz Türkiyəni dünyanın böyük və çox nüfuzlu dövlətlərindən biri hesab edirik. Biz Türkiyənin əldə etdiyi nailiyyətləri gənc, müstəqil Azərbaycanın dövlət quruculuğunda örnək kimi qəbul etmişik. Mən Türkiyə ilə Azərbaycan Respublikası arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında bütün sənədləri yüksək qiymətləndirirəm. Əminəm ki, bizim nailiyyətlərimiz həm Azərbaycanın, həm də bütün regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir”.

Ulu Öndəri həmin günlərdə ziyarət edən Türkiyə rəsmiləri, tanınmış siyasi xadimləri ona olan böyük sevgi və rəğbətlərini, titanik fəaliyyətini dönə-dönə dilə gətirirdilər.

Böyük Millət Məclisinin sədri Hikmət Çətin: “Türk xalqı Azərbaycan dövlətinin rəhbərinə səmimi sevgi və məhəbbət duyğuları bəsləyir. Heydər Əliyevin “biz bir millət, iki dövlətik” müdrik kəlamı Türkiyədə dillər əzbəri olmuşdur”.

Türkiyənin sabiq Baş naziri Məsud Yılmaz: “Siz həm Azərbaycanın, həm də bütün Türk dünyasının ən görkəmli dövlət xadimisiniz. Ona görə də bütün türk xalqı Sizi qəlbən sevir və Sizə sonsuz rəğbət bəsləyir”.

Ulu Öndərin Gülhanədə müayinə və müalicə olunduğu dövr 20 Yanvar faciəsinin 9-cu ildönümünə təsadüf etmişdi. Bununla əlaqədar Rusiyanin NTV telekanalına verdiyi müsahibədə bu qanlı hadisəni törədənlərin adlarını bir daha çəkdi, cinayətkarların hələ də cəzasız qalmasını təəssüf hissi ilə vurğuladı və Rusiyaya haqlı sual ünvanladı: bu hadisə nə üçün pislənilmir?

Sitat: Əlbəttə, bu faciədə cinayətkar olan sovet rəhbərliyi, xüsusən də bunu törədən Qorbaçovun şəxsən özü öz cinayətləri barədə bir söz deyə bilməzdi. Amma məni təəccübləndirən budur ki, nə üçün indi, aradan bu qədər vaxt keçdikdən sonra heç kim bu cinayətdən danışmaq istəmir. Bu fürsətdən, sizin televiziyanızdan istifadə edərək, - ümidvaram ki, siz bunu verəcəksiniz, kəsməyəcəksiniz, - demək istəyirəm, ona təəccüblənirəm ki, nə üçün demokratik Rusiya sovet totalitar rejimində olmuş bir çox şeyləri pislədiyi halda, onun bu qara səhifəsini də açmaq istəmir. Əlbəttə, biz istərdik ki, təqsirkarlar cəzalandırılsın. Amma indi bəlkə də ən çox lazım olan bu deyildir. Daha çox lazım olan peşmanlıqdır, daha çox lazım olan etirafdır, daha çox lazım olan ədalətlilikdir. Axı biz sonradan etiraf etdik ki, Sovetlər İttifaqı 1956-cı ildə Macarıstana qoşun yeritməklə səhvə yol vermişdi. Axı 1968-cı ildə Çexoslovakiyaya qoşun yeridilməsinin də səhv olduğunu etiraf etdik. Yadımdadır, Moskva mətbuatı Xruşşovun dövründə Rostov vilayətində kütləvi iğtişaşların necə yatırıldığını, Siyasi Büro üzvlərinin oraya getdiyini yazmışdı. O hadisə də pislənilir. Elə isə bəs nə üçün bu hadisə pislənilmir? Nə üçün?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib

AMB nümayəndəsi: Azərbaycanda Y və Z nəsilləri krediti daha çox maliyyə aləti kimi nəzərdən keçirirlər

Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib

Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir

Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib

Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir

Mərkəzi Bankın şöbə rəisi: Rəqəmsal platformalar gənclərin investisiyalara marağını artırır

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Saz və Balaban”: Estoniyada Azərbaycan folklor musiqisi və rəqsləri təqdim olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir

Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq? - Oftalmoloqdan tövsiyələr

AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək

AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub

“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub

Kimya İnstitutunun əməkdaşı metanın çevrilməsində istifadə olunan katalizatorları araşdırıb

Yaponiyalı doktorant Azərbaycan botanikləri ilə birgə mamır növünün populyasiya genomikasını araşdırır

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib

Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar

Çin eksperti: Azərbaycan və Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın böyük potensialı var ŞƏRH

Şərqşünas-alim VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında məruzə edib

Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycanın müalicə-sağlamlıq turizmi potensialı beynəlxalq auditoriyaya təqdim edilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Ukraynanın taxıl ixracı 22 faiz azalıb

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

Son 25 il ərzində orta ixtisas təhsili müəssisələrində tələbələrin sayı 23,2 min nəfər artıb

Özünüməşğulluq proqramı üzrə regionlarda 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb VİDEO

“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur

AZAL Mərkəzi Asiya ölkələrinə həftədə 47 reys yerinə yetirir, bu il 400 minədək sərnişin daşıyıb

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Amerikalı baş məşqçi: “Gəncə” komandasında fərqli və qeyri-standart yanaşmalardan istifadə edəcəyik -MÜSAHİBƏ

® “Carlsberg Azerbaijan” “Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyasına qoşulub

Dövlət ümumi təhsil müəssisələrində müəllimlərin 82,5 faizini qadınlar təşkil edir

Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri

Türk dünyasının birliyi: Bakı görüşləri və strateji müttəfiqliyin yeni mərhələsi - ŞƏRH

ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Azərbaycan FAST çərçivəsində iqlimədavamlı kənd təsərrüfatı üzrə təşəbbüslərini təqdim edib

Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Monteneqro millisinin sabiq basketbolçusu “Neftçi”yə keçib

Fransada silahlı insident: Ölən və yaralanan var

İİTKM ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri dəyərləndirilib

"Araz-Naxçıvan" baş məşqçisi ilə yollarını ayırıb

Qafqaz Albaniyasının mədəni irsi - tədqiqat

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

Baş məşqçi: Dünya Kuboku inkişaf baxımından üzgüçülərimiz üçün mühüm imkanlar yaradacaq

Qazaxıstanda Beynəlxalq Sığorta Forumunda ölkəmizdə sığorta sektorunda aparılan islahatlar barədə məlumat verilib

“Biletim.az” portalında daha bir funksiya aktivləşdirilib

Media nümayəndələri “B-READY” hesabatının metodologiyası barədə məlumatlandırılıblar

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycanın turizm imkanları Pakistanda təqdim edilib

Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub

Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında əməkdaşlıq genişləndirilir

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub

Ramananın tarixi abidələri vahid turizm marşrutuna daxil ediləcək

Paytaxtda iki məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

Beyləqanda 4 mindən çox şəxs tibbi müayinədən keçirilib

İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb

Professor: Türk xalqları arasında bu gün də alban adlı tayfalar var

Qarabağ Universitetinə dəstək mexanizmləri genişləndirilir

AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir VİDEO

AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir VİDEO

“Sumqayıt”ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq

Diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir - RƏY

Həsən Həsənov: Qafqaz Albaniyası və Atropatena ilə bağlı bəzi yanaşmaların araşdırılmasına ehtiyac var

Gənclər və İdman Nazirliyi DİN-lə birgə maarifləndirmə kampaniyasına başlayıb

BMU-BUCEA ikili diplom proqramının magistrantı Çində üç müsabiqədə birinci olub

® Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

“Naxçıvan” amerikalı basketbolçu ilə heyətini gücləndirib

Almaniyada avtomobil sənayesi işçiləri ixtisarlarla bağlı kütləvi tətil keçirəcəklər

Hörmüz boğazında gəmi vurulub

Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək VİDEO

Astanada Azərbaycan guşəsi: Paxlavadan Novruz ənənələrinədək VİDEO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi piramida sistemləri ilə bağlı vətəndaşlara çağırış edib VİDEO

Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər

Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək

İtaliya mətbuatı: Bakı idmanda beynəlxalq mövqeyini gücləndirir

Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur VİDEO

Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur VİDEO

Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb

Sümük iliyi donoru olmaq təhlükəlidirmi? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayıb

“Zirə”nin 3 legioner futbolçusu milli komandalara dəvət alıb

® “Ana və uşaq sağlamlığı: Multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans olub

Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün Azərbaycana gəlib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Aselişad / Xorvirab məbədi