Zorxana və milli güləş üzrə Azərbaycan çempionatı başlamışdır
Bakı, 17 mart (AZƏRTAC). Zorxana və milli güləş üzrə Azərbaycan çempionatı start götürmüşdür.
İkinci dəfə keçirilən zorxana və pəhləvan, həmçinin milli güləş üzrə Azərbaycan çempionatında 12 komanda iştirak edir.
AZƏRTAC xəbər verir ki, çempionatın açılış mərasimində Azərbaycan güləşinin tanınmış nümayəndələri, həmçinin Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev iştirak etmişdir. Çempionatdan daha çox bayram ab-havasında keçirilən yarış rəqslərlə start götürmüşdür.
Ardından final mərhələsinin yarışları başlamışdır. Zorxananın sənk növündə dünya çempionatının mükafatçısı Həsənəli Bayramov gərgin mübarizədən qalib ayrılmışdır. Milli güləş yarışları da maraqlı alınmışdır. Avropa və dünya çempionatının qalibi, dünya kubokunun sahibi Tural Əliyev 90 kq çəki dərəcəsində yenə hamıdan üstün olmuşdur. T.Əliyev həm də yarışın ən yaxşı iştirakçısı kimi xüsusi kuboka sahib çıxmışdır. Bundan əlavə, 60 kq-da Tural Cavadov, 70 kq-da Məmmədi Salamov, 80 kq-da Yusif Vəliyev Azərbaycan çempionu olmuşlar.
Martın 17-də zorxananın milsəngi, milbazi, şərxsurət, çərçəməni qolları üzrə yarışlar keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [22:46]
ABŞ klubunun meneceri: Nəriman komandaya yeni nəfəs gətirəcək
- 10.02.2026 [22:28]
ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
- 10.02.2026 [21:17]
Misli Premyer Liqası: “Neftçi” qələbə qazanıb
- 10.02.2026 [18:24]
Reytinq turnirində medal qazanan güləşçi: Çox sevincli və qürurluyam
- 10.02.2026 [18:07]
Qurban Qurbanov: Nərimanın gedişi ürəkaçan deyil, amma buna ehtiyac var idi
- 10.02.2026 [17:54]
İki soydaşımız boks üzrə Gürcüstan çempionu olub
- 10.02.2026 [17:50]
Azərbaycan kikboksçusu Türkiyədə növbəti döyüşünə çıxacaq
- 10.02.2026 [16:50]