® "Araz" supermarketlər şəbəkəsi ağacəkmə aksiyasında iştirak edib
"Araz" supermarketlər şəbəkəsi "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekologiya və təbiətin mühafizəsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə “Araz” supermarketlər şəbəkəsinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası təşkil edilib. “Təbiəti qorumaq mənim əlimdədir” şüarı ilə keçirilən aksiyada nazirliyin və “Araz” supermarketlər şəbəkəsinin əməkdaşları, ekokönüllülər iştirak ediblər.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində xüsusi ayrılmış ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, ərazi damcılı suvarma sistemi ilə təchiz olunub və yaşıllıqların suvarılmasında qəsəbədə formalaşan tullantı sularının təmizlənməsi nəticəsində əldə edilən texniki sulardan istifadə olunur.
Aksiyasının məqsədi ictimaiyyətin diqqətini təbiətin mühafizəsi, yaşıllıqların bərpası və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:18]
Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO
- 16.10.2026 [13:17]
Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb
- 16.10.2026 [13:15]
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb
- 16.10.2026 [13:04]
Əmək Məcəlləsində dəyişiklik edilir
- 16.10.2026 [13:01]
FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var
- 16.10.2026 [12:51]