® “BirKart”la ödəyin, 5 faiz keşbek qazanın
“BirKart” 14 fevral - Sevgililər Günü münasibətilə yeni kampaniya keçirir. Şərtlərə görə “BirKart” sahibləri gül, şirniyyat, parfümeriya, kosmetika, hədiyyə və aksesuar mağazalarında, həmçinin kafe və restoranlarda ödəniş edərkən əlavə üstünlüklər qazanacaqlar. Kampaniya həm birdəfəlik, həm də taksit ödənişlərinə şamil olunur.
Belə ki, “BirKart” taksit və “BirKart cashback” sahibləri 5 faiz keşbek, “BirKart miles” sahibləri 3 qat mil, “BirKart Umico” sahibləri isə 5 faiz Umico bonusları qazanacaqlar. Kampaniya fevralın 10-14-də, ümumilikdə, 5 gün müddətində keçiriləcək. “BirKart” debet və “BirKart” kredit kart sahibləri, hər bir kart üzrə kampaniyadan 6 dəfə yararlana biləcəklər. Ətraflı məlumat üçün - https://kbl.az/bksgk.
Qeyd edək ki, “BirKart”ın 4 növü var - taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 8000-dən artıq tərəfdaş şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, “196” Sorğu mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250-99-99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar.