® “Hər Obada Bayramdır” – Laçında bir gün
“OBA” marketlər şəbəkəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2024-cü ilin gəlişi münasibətilə Laçın şəhərində Yeni il şənliyi keçirib.
Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Hər Obada Bayramdır” layihəsi çərçivəsində Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş təşkil olunub.
Görüş zamanı uşaqlar və müəllimlər arasında bir-birindən fərqli yarışmalar keçirilib, uşaqların əyləncəsi üçün müxtəlif animasiyalar sərgilənib.
Daha sonra “OBA”nın şaxta babası məktəbə daxil olub və şirkət tərəfindən uşaqlar üçün hazırlanmış “OBA” xurcunlarını onlara təqdim edib.
“OBA” marketlər şəbəkəsindən bildirilib ki, layihənin məqsədi Laçın şəhərinə yeni köçmüş uşaqlarla ilk bayram sevincini bölüşmək olub.