® “Nar” növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi
“Nar” paytaxtla yanaşı, regionlarda yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə mağazalarının sayını artırmaqda davam edir.
Mobil operator növbəti rəsmi mağazasını Qəbələdə təqdim edib. Yeni konseptə uyğun mağaza Qəbələ rayonu, Heydər Əliyev küçəsində yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş mağazada müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəriyönümlülük dəyərlərinə sadiq qalan “Nar” mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı, eyni zamanda, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək.
Yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq fevralın 28-i və martın 1-də mağazaya gələn hər bir müştəriyə “Nar” nömrə hədiyyə veriləcək. Bundan başqa, telefon və aksesuar alanlara da “Nar” nömrələr hədiyyə olunacaq.
Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın bölgələrində yaşayan abunəçilərinə cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tarifini təqdim edib.
“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq “3G” texnologiyasını təqdim edib və geniş “4G” şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən çox baza stansiyası ilə 2,2 milyonadək abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.