Sabirabadda canavarlar təsərrüfata hücum edib
Sabirabad, 16 iyun, AZƏRTAC
Sabirabad rayonunun Xəlfəli kəndində canavarların fərdi təsərrüfata hücumu qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə kənd sakini Mənsur Seydiyevə məxsus təsərrüfatda baş verib. Sakinin sözlərinə görə, gecə saatlarında tövləyə daxil olan canavarlar 15-ə yaxın xırdabuynuzlu heyvana hücum edib. Nəticədə 5 qoyun tələf olub, digər heyvanlar yaralanıb.
Mənsur Seydiyev bildirib ki, bu, son bir həftə ərzində canavarların onun təsərrüfatına ikinci hücumudur. Onun sözlərinə görə, yırtıcıların hücumları təkcə onun təsərrüfatı ilə məhdudlaşmır, kənddəki digər sakinlər də oxşar problemlə üzləşirlər.
Müxbir-Aydın Yavərzadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]