® “Rabitəbank”dan nağd pul krediti üzrə sərfəli "Bahar kampaniyası"
“Rabitəbank” müştərilərin planlarını rahatlıqla reallaşdırması üçün sərfəli nağd pul krediti üzrə "Bahar kampaniyası" təklif edir.
Kampaniya ərzində 30 min AZN-dək krediti illik 11,5 faizdən başlayaraq əldə etmək olar. Kreditin müddəti 48 ayadəkdir. Kampaniyada müştəri seqmentlərinə uyğun olaraq xüsusi güzəştlər təqdim edilir. Belə ki, başqa bankın kreditini “Rabitəbank”a transfer edənlər üçün 0 faiz komissiya nəzərdə tutulur. Həmçinin 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 4-7-də nağd pul krediti götürmək istəyən bütün xanım müştərilər üçün də komissiya 0 faiz olacaq.
“Rabitəbank”ın nağd pul krediti üzrə "Bahar kampaniyası"nda xüsusi kateqoriyaya daxil edilmiş dövlət və özəl müəssisələrdə çalışanlar üçün də əlavə güzəştlər nəzərdə tutulur. Kredit götürənlər üçün sığorta tələbi yoxdur. Sərfəli şərtlərlə təqdim edilən kampaniya aprelin 30-dək davam edəcək.
Qeyd edək ki, nağd pul kreditini "Rabita Mobile" tətbiqindən, bankın rəsmi saytından və “Rabitəbank”ın istənilən filialına yaxınlaşaraq almaq mümkündür. Krediti elə indi sifariş edə bilərsiniz: https://rbt.az/baharkampaniya
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.