Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Yeganə Rəşidova: Başağrısı cəmiyyətdə ən çox rast gəlinən sağlamlıq şikayətlərindən biridir

®  Yeganə Rəşidova: Başağrısı cəmiyyətdə ən çox rast gəlinən sağlamlıq şikayətlərindən biridir

Başağrıları, halsızlıq, qusma, yorğunluq, yaddaşsızlıq son vaxtlar təkcə orta yaş və yaşlıların deyil, gənclərin də ən çox şikayət etdiyi problemə çevrilib. Bəzən bu problemləri fəsil dəyişkənliyi ya da həyatdakı qayğılarla əlaqələndiririk. Əslində, bu əlamətləri özündə müşahidə edənlər daha diqqətli olmalı, ən qısa zamanda həkimə müraciət etməlidir. Çünki bu xəstəliklər ciddi nevroloji problemdən xəbər verə bilər. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim - nevropatoloqu Yeganə Rəşidova nevroloji patologiyalarla bağlı aktual suallara aydınlıq gətirib.

-Hansı əlamətləri olan şəxsin nevropatoloqa müraciət etməsi mütləqdir?

-Səhər başağrıları, qusma, ikigörmə, yol gedəndə səndələmə kimi əlamətləri olan şəxslərin nevropatoloqa müraciət etməsi vacibdir. Bunlar ciddi problemlərdən xəbər verə bilər. Əgər xəstədə yorğunluq əlaməti varsa, çox danışanda səs batırsa, ikigörmə problemi varsa, xəstənin üzü əyilirsə, qolu və ya ayağı keyləşirsə, bu zaman da təcili nevropataloqdan tibbi məsləhət almaq lazımdır. Çünki bəzən bu kimi əlamətlər insult xəstəliyinə gətirib çıxara bilər. Xəstələr bu əlamətləri nəzərə alıb vaxtında həkimlə əlaqə saxlasalar, ciddi problemlərin qarşısını almaq mümkün olar. Bundan başqa, udmanın pozulması da xəstəliyin ciddi əlaməti ola bilər.

-Yeganə xanım, son zamanlar hər birimizi narahat edən və müxtəlif xəstəliklərin təzahürü kimi meydana çıxan əlamətlərdən biri də başağrılarıdır. Başağrılarının əsas səbəbləri nələrdir?

-Başağrıları bu gün nevroloqlara müraciət etmə səbəblərindən biri və birincisidir. Tək ölkəmizdə yox, bütün dünyada ən geniş yayılmış gərginlik tipindəki başağrılarıdır. Əhalinin 40 faizi gərginlik başağrılarından əziyyət çəkir. Bütün nevroloji xəstəlikləri götürsək, pasiyentlərin 30%-i başağrısından əziyyət çəkir. Başağrısı bir çox səbəblərdən yarana bilər. Ümumiyyətlə, başağrıları 2 böyük qrupa bölünür: birincili başağrıları və ikincili başağrıları. İnsanlarda görülən başağrılarının 98%-i elə birincili ağrılardır: klaster, gərginlik, miqren, əzələ gərginliyi ağrıları bura daxildir. İkincili başağrıları isə hansısa digər xəstəliklərin nəticəsində yanaşı olaraq müvəqqəti və ya daimi olur. Beyindaxili xəstəliklər, şişlər, anadangəlmə damar anomaliyaları, insult, gözdaxili xəstəliklər, bəzən yüksək təzyiq, burunda, ətraf ciblərdə iltihab olduqda da baş ağrıya bilər. Baş ağrısına səbəb ola biləcək səbəbləri aşağıdakı kimi təsnif etmək olar:

Qan damarları ilə əlaqəli səbəblər (məsələn, insult, beyin damarlarının struktur pozğunluqları və ya ateroskleroz)

İnfeksiyalar (meningit, ensefalit, qrip və s.)

Kəllədaxili təzyiqdə dəyişikliklər (məsələn, yüksək təzyiq)

Beyin şişləri

Travmalar (məsələn, yıxılma, yol qəzası kimi travmatik vəziyyətlərdən sonra başağrısı)

Stres və gərginlik

Digər səbəblər (məsələn, oral kontraseptivlərin istifadəsi, menstrual dövr, ağrıkəsicilərin uzun müddət istifadəsi)

Göz pozğunluqları (refraktiv qüsurlar, qlaukoma və s.)

Başağrıları müxtəlif ciddi xəstəliklərin göstəricisi ola bilər. Xəstəyə yalnız müayinələr nəticəsində düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də həkimdən qaçmaq yox, həkimə vaxtında müraciət lazımdır.

-Başağrıları hansı başqa xəstəliklərin əlaməti ola bilər?

-Başağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilər. İnsanlar bir sıra hallarda başağrılarını əhəmiyyətsiz sayırlar. Lakin xroniki başağrıları adi hal deyil. Bu ağrılar hansısa ciddi bir xəstəliyin əlaməti də ola bilər. Stres, depressiya başağrılarının yaranmasında mühüm amildir. Çox səs-küylü yerdə işləmək, gün boyu heç bir qida qəbul etməmək, qapalı şəraitdə və eyni vəziyyətdə oturmaq da başağrıları yaradır. Ofis şəraitində, kompüter arxasında, havasız otaqda çox olan şəxslər başağrılarından çox şikayət edirlər. Bir sıra hallarda isə başağrıları beyinlə deyil, ondan kənar faktorlarla bağlı ola bilər. Məsələn, dişlərdə olan problem də başağrılarına səbəb olur. Gözlərdə olan təzyiq, başın ön hissəsində olan ciblərdə - hava boşluqlarında olan iltihab da güclü başağrıları yaradır. Qan təzyiqində dəyişkənlik də xroniki başağrılarını tətikliyə bilər. Başağrılarından şikayət edən xəstələrin qan analizlərinə də baxmaq vacibdir. Məsələn, başağrısının səbəblərindən biri də insanların “qan azlığı” kimi tanıdığı anemiya ola bilər. Belə xəstələr uzun müddət başağrılarından əziyyət çəkir, ağrıkəsici qəbul edir, nevroloji müalicə alır, amma başağrıları keçmir. Laborator analizlər aparan zaman həmin insanda anemiya ortaya çıxır. Qanda olan problem aradan qalxarsa, xəstənin başağrıları da keçər. Boyun bölgəsində olan osteoxondrozlar, fəqərəarası disk yırtıqları da kəskin başağrılarına səbəb olur. Belə olan halda ağrılar özünü xroniki olaraq başın ənsə və təpə nahiyəsində büruzə verir. Beyin şişi, beyində olan damarların qanaması, xalq arasında “beyinə su yığılması” kimi ifadə olunan hidrosefaliya nəticəsində xəstədə ciddi başağrıları müşahidə olunur.

-Yeganə xanım, başağrıları zamanı həkim tövsiyəsi olmadan müxtəlif dərmanlardan istifadə etməyin nə kimi fəsadları ola bilər?

-Xüsusilə qeyd etmək istəyirəm ki, adi yorğunluqdan tutmuş, həyati təhlükəli hər hansı bir xəstəliyin də tək bir aparıcı simptomu başağrısı ola bilər. Başağrısı zamanı aptekdən dərman alıb atmaq düzgün deyil, mütləq həkim müayinəsinə ehtiyac var. Əgər həmin ağrılar həftədə iki dəfə narahatlıq yaradırsa, nevropatoloqa müraciət etmək lazımdır. Belə vəziyyətdə çox miqdarda ağrıkəsici preparatlar qəbul etmək təhlükəlidir. Bu, ciddi fəsadlarla nəticələnə bilər. Bundan başqa, analgetiklərin uzunmüddətli qəbulu baş beyinin ağrı əleyhinə mərkəzinin süstləşməsinə və yeni azbus (dərmanlar tərəfindən törənən) başağrılarının meydana gəlməsinə səbəb ola bilər. Başağrılarının profilaktikası məqsədilə beyin damarlarını yüngül fiziki yüklə məşq etdirmək, təmiz havada olmaq, dərmanlardan hədsiz dərəcədə istifadə etməmək lazımdır. Əgər başağrısı davamlı olarsa, öz-özünü müalicə etməklə məşğul olmaq əvəzinə, təxirə salmadan nevroloq-həkimə müraciət etmək lazımdır. “Mənim başım ağrayır, gedim bir dərman alım, ağrı keçmədikdə də sabah başqa dərman içim”,- bu düzgün yanaşma deyil. Bundan sonra mədə-bağırsaq, qaraciyər, böyrək və s. problemlər yaranır.

-Başgicəllənməsi hansı səbəbdən yaranır?

-Başgicəllənməsi xəstəlik deyil hər hansısa bir xəstəliyin əlamətidir. Son zamanlar nevropatoloqa müraciət edən xəstələrin 2,5 faizi başgicəllənmədən əziyyət çəkən insanlardır. Başgicəllənməsi təcili yardıma ən sıx müraciət olunan nevroloji səbəblər arasındadır.

Ümumiyyətlə, başgicəllənmələrin mərkəzi və periferik növləri var. Periferik tipdə olan başgicəllənmələrinə “xoşxassəli pozisyonal vertigo” deyirik. Daxili qulaqda olan müvazinət kristallarının yerindən oynaması nəticəsində yaranır. Bunun müalicəsində bir neçə testdən, manevrlərdən istifadə edirik. Eyni zamanda, müəyyən dərman preparatları ilə müalicə edilir. Amma mərkəzi mənşəli başgicəllənmələr mərkəzi sinir sistemi, beyində olan dəyişikliklərə bağlı olur. Bəzən insultlar, şişlər, damar anomaliyasında bu hal baş verir. Eyni zamanda, funksional mənşəli nevrotik pozuntularda da başgicəllənmələr olur. Biz ona “fobik postural başgicəllənmələr” deyirik. Səbəb bilinəndən sonra müalicə də ona uyğun olur. Bu bir çox xəstəliklər səbəbindən özünü göstərə bilər. Əgər başgicəllənməsi qəflətən başlayırsa və yanaşı olaraq üzdə, əldə, qollarda keyləşmə, müşahidə olunursa, kəskin başağrıları, yerişin pozulması, hər hansı nitq qüsuru şikayətləri də varsa, beyin qan dövranının kəskin pozulması, işemik və hemorragik insultlarda, anevrizmaların partlaması zamanı, dağınıq sklerozda, arterial təzyiqin yüksəlməsi fonunda yaranan başgicəllənmələri zamanı vaxt itirmədən mütləq nevroloqa müraciət olunmalıdır. Bəzən xəstənin həyatını xilas etmək üçün hətta bir saniyənin belə hökmü var. Bu zaman dəqiq diaqnoz qoyub, vaxt itirmədən doğru müalicəyə başlanması xəstənin həyatının xilas edilməsi deməkdir.

-Nevroz insan münasibətlərinə ən çox ziyan verən xəstəlikdir. Bu xəstəlikdən dərmanlarla birdəfəlik müalicə mümkündür ya təsir müvəqqətidir?

-Biz buna funksional mənşəli nevrotik pozuntular deyirik. Bu pozuntular həm həyat keyfiyyətinə, həm də sağlamlığa ziyan vurur. Bu xəstəlik müalicə oluna biləndir. Əvvəlcə gərək nevrotik pozuntunun dərəcəsi, nə qədər müddətdir davam etdiyi, yanaşı gedən xəstəliyin olub-olmadığı müəyyənləşsin. Xəstəliyin yeni başladığı xəstələrə dərman yox, həyat rejimini düzəltmək, psixoloji yardıma müraciət etməsini məsləhət edirik. Amma daha irəliləmiş nevrotik pozuntularda mütləq şəkildə dərman müalicəsi vacibdir. Dərman kurslarla verilir və xəstə bu ardıcıllığa tam riayət etməlidir. Çox vaxt bu rejimə əməl etmirlər. Məsələn, 2-3 ay sonra təkrar həkimə gəlməlidirsə, gəlmir və ya dərmanı birdən kəsir. Bu da xəstəlikdən sağalmağı təxirə salır. Xəstə sağalsa belə düzgün həyat yaşamalıdır ki, xəstəlik qayıtmasın.

-Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Əvvəllər bu xəstəlik yaşı 60-dan yuxarı şəxslərdə müşahidə olunurdusa, indi daha aşağı yaşlarda da rast gəlmək mümkündür. Hətta bu xəstəlikdən ölüm sayı da artıb. İnsult xəstəliyindən əziyyət çəkənlərin sayının kəskin şəkildə artmasının əsas səbəbi nədir?

-İnsult beyinə gedən damarlara təsir edən, beyinin bir hissəsində oksigenlə zəngin qan axını olmadıqda meydana gələn, yaşamı təhdid edən bir xəstəlikdir. İnsult zamanı təsirlənmiş beyin toxumaları daha az oksigen alır, bu da hüceyrənin zədələnməsinə və bəzən də ölümünə səbəb olur.

İnsultun 2 növü var: işemik və hemorragik. İşemik insult zamanı damarda qan axınının qarşısını alan bir tıxanma meydana gəlir. Tıxanma adətən qan laxtasının və ya hansısa oxşarı bir quruluşun nəticəsidir. Ateroskleroz, hipertoniya, yüksək xolesterin, diabet və siqaret işemik insult ehtimalını artıra bilən risk faktorlarıdır.

Hemorragik insult isə qan damarının sızıntısı və ya partlamasından qaynaqlana bilir. Bu, qan dövranını pozur və kəllədaxili təzyiqi artırır, hüceyrə ölümünə səbəb olur. Hipertoniya və anevrizma hemorragik insult ehtimalını artıra bilən risk faktorlarıdır. Həyəcan, gərginlik, gündəlik həyat tərzimiz də insultun başlıca səbəblərindən biridir. Gərginlik fonunda təzyiq artır, qan dövranının pozulması ağır xəstəliklərə gətirib çıxarır. Təəssüf ki, bu gün əksər insanlar sağlamlığının qayğısına qalmır. Təzyiq varsa, baş ağrayırsa, başgicəllənməsindən əziyyət çəkirsə, “boş şeydir” deyir. Həkimə getməklə bağlı problem yaşayırıq. Ciddi problem olduqda belə, həkimə getmək əvəzinə, kimdənsə eşitdiyimiz türkəçarə üsullarına əl atırıq. O vaxt müalicəyə keçirik ki, xəstəlik ciddiləşir, xəstə artıq insult keçirmiş olur.

-İnsult baş verdiyi zaman operativ müdaxilənin gecikməməsi üçün, hansı əlamətlərə diqqət etmək lazımdır?

-İşemik insult beyində qan damarlarının tıxanması nəticəsində inkişaf edir, bu da hüceyrə ölümünə səbəb olur. Bəzən insanda heç bir xəbərdarlıq əlaməti olmur. İnsultun birinci əlaməti baş ağrısıdır. Lakin insult vaxtı olan başağrı tamamilə fərqlidir. Ağrı küt və çox güclü hiss olunur. Bədənin mövqeyini dəyişdirərkən və ya öskürərkən ağrı daha da güclənə bilər. Bundan əlavə, insult zamanı tarazlıq və koordinasiya itkisi ilə başgicəllənmə tez-tez baş verir. Bütün bunlar ürəkbulanma və qusma ilə müşayiət olunur. Amma miqrendən fərqli olaraq, qusmadan sonra heç bir rahatlanma baş vermir. Başqa bir əlamət, beynin zədələnən bölgəsindən asılı olaraq bədənin bəzi hissələrinin uyuşmasıdır. Belə ki, xəstənin ayağı, üzü, dili tutula, huşunu itirə bilər. Gülümsəmə qabiliyyətinin itməsi də insultun əlamətlərindədir. Bəzən insult keçirən insan çox gümrah görünə bilər və heç bir şeydən şikayət etməz, lakin danışmaqda və ya başqalarının dediklərini başa düşməkdə çətinlik çəkər.

-İnsultu yaradan risk faktorları hansılardır?

-Yaşam tərzinə və tibbə bağlı risk faktorları var. Yaşam tərzinə bağlı risk faktorları hərəkətsizlik, artıq çəki, alkoqoldan və tütündən istifadədir. Tibbə bağlı risk faktorlarına isə yüksək təzyiq, yüksək xolesterin, diabet, kardiovaskulyar xəstəliklər (ürək çatışmazlığı, ürək qüsurları, atriyal fibrilasiya kimi ritm pozğunluğu) aiddir. İnsultdan qorunmaq üçün insultun risk faktorlarını bilmək, sağlam bir yaşam tərzini mənimsəmək ən yaxşı addımdır. Bir sözlə, arterial hipertenziyaya nəzarət edilməsi, qidalanmada xolesterin və doymuş yağın miqdarının azaldılması, tütün istifadəsini tərgitmək, alkoqol istifadəsini azaltmaq, diabetə nəzarət etmək, sağlam çəkiyə sahib olmaq və hərəkətsizlikdən qaçınmaq lazımdır.

-Həkimə müraciət etmək üçün gecikmiş şəxslərə nə deyərdiniz?

-Həkimə vaxtında müraciət etməklə xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür. Xəstəliyin ağırlaşdırmadan ilkin əlamətlərini aradan qaldıranda istənilən nəticəni əldə etmək olur. Ancaq xəstəliyi də son həddə çatdırıb, sonra həkimə müraciət edib, nəticə almadıqda narazılıq etmək düzgün deyil.

-Müsahibə üçün təşəkkür edirik.

Həkimlə əlaqə:(050)332-52-46

https://www.instagram.com/nevropatoloq_yegane_residova/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO