"Airbus" şirkətinin Çində innovasiya mərkəzi fəaliyyətə başlayıb
Pekin, 22 fevral, AZƏRTAC
Çinin Şencen şəhərində "Airbus" korporasiyasının innovasiya mərkəzi fəaliyyətə başlayıb. Bu, şirkətin Asiyada birinci, dünyada isə ikinci belə mərkəzidir.
AZƏRTAC xəbər verir ki, mərkəz aviasiya nəhənginin gələcək innovativ planlarının həyata keçirilməsinə xidmət edəcək. İnnovasiya mərkəzi aviasiyanın müxtəlif istiqamətləri üzrə yeni texnologiyaların dizaynı, sınağı və sertifikatlaşdırılması ilə məşğul olacaq.
Qeyd edək ki, Şencen Çində iqtisadi islahatların başlandığı məkan olmaqla yanaşı, hazırda ölkənin texnoloji tədqiqatlar üzrə qabaqcıl şəhəri sayılır.
Hazırda Çin mülki aviasiya şirkətlərinin parkında "Airbus" modeli olan təxminən 1700-ə yaxın təyyarə var. "Airbus"ın istehsalı olan təyyarələrin təxminən 20 faizi Çin bazarında satılır. Bundan başqa, aviasiya şirkətinin 2008-ci ildən Çinin Tiencin şəhərində fəaliyyət göstərən son yığım xətti "Airbus" təyyarələrinin Avropadan kənarda yığıldığı yeganə yerdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]