"Arsenal"ın aparıcı futbolçusu üçün mövsüm erkən başa çatıb
Bakı, 12 fevral, AZƏRTAC
İngiltərənin "Arsenal" klubunun futbolçusu Kay Haverts zədə səbəbindən mövsümü erkən başa vurub.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı hücumçu komandasının Dubaydakı hazırlıq prosesi zamanı bud nahiyəsindən zədələnib. Almaniyalı oyunçunun bu səbəbdən əməliyyat olunub-olunmayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Kay Haverts bu mövsüm London təmsilçisinin heyətində 34 oyunda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]