"Azərreyl"in meneceri: Çətin tapşırığın öhdəsindən üzüağ çıxmağı bacardıq
Bakı, 15 oktyabr, AZƏRTAC
"Yarış bizim üçün çətin keçdi".
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın Monpelye şəhərində keçirilmiş çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olan "Azərreyl"in qadın və kişilərdən ibarət komandalarının meneceri Orxan Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
O, əldə etdikləri nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Həm qrup, həm də pley-off mərhələsində çətin oyunlarımız oldu. Hava şəraiti istənilən səviyyədə olmasa da, qaydalara uyğun olaraq görüşlər keçirilirdi. Ötən il "Azərreyl"in qadın komandası qrupdan top fərqinə görə çıxa bilməmişdi. Bu il də turnirə kubok ardınca gəlmişdik. Çətin tapşırığın öhdəsindən üzüağ çıxmağı bacardıq".
Qadınlardan ibarət "Azərreyl" komandasının meneceri Nihad Tanrıverdiyev də yarışla bağlı fikirlərini bölüşüb: "Ötən il kişilərdən ibarət komanda Avropa Kubokuna sahib çıxmışdı. Bu il isə qadınlarda da uğur əldə etdik. Voleybol tarixində həm kişi, həm də qadınlardan ibarət komandaların Avropada birinci olması inanılmaz hissdir. Biz adımızı Azərbaycan voleybol tarixinə qızıl hərflərlə yazdırdıq".
Qeyd edək ki, "Azərreyl"in qadın komandası həlledici mərhələdə Ukraynanın “Sunrise Beach Spors Academy”i, kişilərdən ibarət kollektiv isə İspaniyanın “CVP Poniente Benidorm Alicante“ klubuna qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]