Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Böyük İyirmiliy"in Antalya zirvəsi: Azərbaycanın uğurlu iştirakı

"Böyük İyirmiliy"in Antalya zirvəsi: Azərbaycanın uğurlu iştirakı

Türkiyənin kurort şəhəri kimi tanınan Antalya noyabrın 15-16-da böyük beynəlxalq tədbirə ev sahibliyi etdi. Dünyanın 20 ən güclü iqtisadiyyatına malik dövlətlərinin sammitinə qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi xüsusi dəvət etmişdi. Bu, şübhəsiz ki, ölkə rəhbərliyinin uzun illərdir həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bəhrələrindən biridir. Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı bunu bir daha təsdiq etdi. Bundan başqa, sammitin xüsusi buraxılışında dərc olunan məqaləsində dövlət başçısı bir sıra strateji müddəalar irəli sürüb. Birmənalı demək olar ki, Azərbaycan "Böyük İyirmilik" (G20) ölkələrinin mötəbər tədbirində layiqincə təmsil olunub.

Enerji təhlükəsizliyinin perspektivləri: iki strateji məqam kontekstində

"Böyük İyirmiliy"in növbəti Antalya toplantısını dünya maraqla gözləyirdi. Təşkilatın əvvəlki sammitindən bu yana geosiyasi əhəmiyyətli bir sıra qlobal proseslər baş vermişdi. Onların sırasında terror və davamlı inkişaf məsələləri öndə yer almaqdadır. Bu səbəbdən, Türkiyənin məşhur kurort şəhərində dünyanın 20 ən güclü iqtisadiyyatına sahib olan ölkə başçılarının toplantısında qəbul ediləcək qərarların ciddi təsirə malik olacağı proqnozlaşdırılırdı. Bu gözlənti özünü doğrultdu. Bütün dünya üçün vacib sayılan müzakirələrdə Azərbaycanın dövlət başçısının da iştirak etməsi qürurverici bir hadisə idi.

Bunu noyabrın 15-16-da tədbirdə baş verənlər bir daha sübut etdi. Sammitdə Azərbaycan fəxri qonaq statusunda təmsil olunurdu. Bu məqam ayrıca vurğulanmalıdır. Çünki söhbət Azərbaycanın əldə etdiyi uğurların dünya tərəfindən etiraf edilməsindən gedir.

Prezident İlham Əliyev sammitdəki çıxışında ölkənin həyata keçirdiyi siyasətin uğurlarını dolğun şəkildə ifadə edib. Əlavə olaraq, Azərbaycan rəhbərinin "Böyük İyirmiliy"in xüsusi nəşrində dərc olunan "Ümumi strategiyanın formalaşdırılması" adlı məqaləsində də həmin məqam öz əksini tapıb (bax: Ümumi strategiyanın formalaşdırılması / AZƏRTAC, 17 noyabr 2015).

Dövlət başçısı ölkənin 24 illik müstəqillik dövründə siyasi, iqtisadi, energetika və başqa sahələrdə reallaşdırdığı proqramların məzmun və məqsədini dəqiq ifadə edib. Prezident çıxışında əsas olaraq Azərbaycanın enerji siyasəti üzərində dayanıb. O cümlədən "Cənub qaz dəhlizi" layihəsinin iqtisadi üstünlükləri ilə yanaşı, strateji və geosiyasi əhəmiyyətini də lakonik surətdə ifadə edib (bax: Prezident İlham Əliyev "Böyük İyirmiliy"in Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib / AZƏRTAC, 17 noyabr 2015).

Bu layihə Xəzər və Aralıq dənizini, Avropa ilə Asiyanı birləşdirəcək. Onu Azərbaycanın aktiv iştirakçısı olduğu və əvvəlki illərdə həyata keçirilən başqa enerji layihələrinin davamı kimi qəbul etmək mümkündür. Bu keyfiyyətdə Azərbaycan Prezidenti "Əsrin müqaviləsi"nin əhəmiyyətinə diqqət çəkib. 1994-cü ildə əsası qoyulan əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına ehtiyac vardır. Dövlət başçısı burada iki strateji məqamı vurğulayıb.

Hər şeydən əvvəl, Prezident İlham Əliyev 1994-cü ildən başlanan əməkdaşlıq kursuna Azərbaycanın sadiq qaldığına işarə edib. Həmin dövrdən bu günə qədər rəsmi Bakı üzərinə düşən bütün öhdəliklərə tam əməl edib. Bunun əyani təsdiqi sonrakı mərhələdə Azərbaycanın özünün iri enerji layihələri təşəbbüsü ilə çıxış etməsidir. Məsələn, TANAP və TAP bu qəbildəndir. Deməli, rəsmi Bakı verdiyi sözlərə əməl edir.

İkinci strateji məqam Azərbaycanın konkret olaraq "Cənub qaz dəhlizi" layihəsini həyata keçirməkdə qərarlı olması ilə bağlıdır. Bu layihə Gürcüstan və Türkiyədən keçməklə energetika sahəsində Avropa ölkələri ilə səmərəli əməkdaşlığa imkan verəcək. Böyük bir geosiyasi məkanı əhatə edəcək bu layihə faktiki olaraq Avropa üçün faydalı olacaq. Yəni, dəqiq deyilsə, burada söhbət Qərbin enerji təhlükəsizliyinin təminində Azərbaycanın oynayacağı roldan gedir.

Nümunəvi tərəfdaşlıq: proqnozlaşdırılan ticarət rejimi və multikulturalizm

Bu missiyanın yüksək səviyyədə yerinə yetiriləcəyini Azərbaycanın "Böyük İyirmiliy"in sammitinə dəvət olunması da göstərir. Həmin tezis real faktlarla sübuta yetirilir. Ölkə başçısı xüsusi vurğulayıb: "Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz" (bax: əvvəlki mənbəyə).

Məhz kifayət qədər qaz ehtiyatına malik olması ölkəmizə Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynamağa imkan verir. Lakin burada rəsmi Bakının qətiyyətli siyasi iradəsini ayrıca qeyd etmək gərəkdir. Çünki təcrübə göstərir ki, bir sıra dairələr müxtəlif təzyiq üsulları ilə bu işə mane olmağa çalışırlar. Azərbaycan rəhbərliyi dəfələrlə bu kimi təsirlərə layiqli cavab verib, seçdiyi kursdan dönməyəcəyini bəyan edib. "Böyük İyirmiliy"ə daxil olan Qərb dövlətləri həmin məqama ciddi əhəmiyyət verməlidirlər.

Bunlarla yanaşı, Azərbaycan rəhbərinin açıq vurğuladığı mühüm məqam enerji təhlükəsizliyi ilə milli təhlükəsizlik məsələsi arasındakı vəhdətdən ibarətdir. Bu, hər bir dövlətə aiddir. Bu aspektdə Prezident İlham Əliyevin "layihə Avropanın enerji xəritəsini tam dəyişəcək" fikri özündə böyük bir məna daşıyır. Burada söhbət siyasi, iqtisadi, təhlükəsizlik və strateji maraqların qarşılıqlı əlaqəsindən, onların uyğunlaşdırılmasından gedir.

Buna görə də Avropa ölkələri öz milli təhlükəsizliklərini təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlığa can atmalı, ikili standartlar siyasətinə son qoymalı, münaqişələrin həllinə ədalətli yanaşmağa başlamalıdırlar.

Qərb tərəddüd etmədən qəbul etməlidir ki, Azərbaycan müstəqillik illərində demokratikləşmə, müstəqil dövlət quruculuğu, bazar iqtisadiyyatı sisteminin formalaşdırılması istiqamətlərində böyük irəliləyiş əldə edib. O cümlədən yeni Konstitusiya qəbul olunub və çoxpartiyalı sistem əsasında parlament formalaşdırılıb.

Prezident İlham Əliyev "Böyük İyirmiliy"in üzvü olan dövlət və hökumət başçılarının sammitin xüsusi buraxılışı üçün yazdığı məqalədə həmin kontekstdə qeyd edir: "...hüquqi dövlət quruculuğu çərçivəsində hakimiyyətlərin bölünməsi və demokratik idarəçilik təmin edilmiş, həyata keçirilən islahatlar nəticəsində liberal iqtisadi sistem formalaşmış, insan hüquqları, plüralizm, söz və məlumat azadlığı, azad internet bərqərar olmuş, vətəndaş cəmiyyəti institutlarının inkişafına hərtərəfli dövlət dəstəyi göstərilmişdir".

Bütün bunlar göstərir ki, Azərbaycan "Böyük İyirmilik" çərçivəsində qəbul edilən qərarların həyata keçirilməsində vacib rol oynamağa qadirdir. Həmin müddəanı dövlət başçısı İlham Əliyevin Antalya sammitində iştirakının mühüm nəticələrindən biri kimi qəbul etmək olar. Tədbir iştirakçıları İlham Əliyevin çıxışından Azərbaycanın iqtisadi, maliyyə və mədəni imkanları haqqında çox şeyi öyrəndilər.

Onlar əmin oldular ki, rəsmi Bakı iqtisadi və energetika layihələri ilə yanaşı, ciddi surətdə müxtəlif mədəniyyətlərin dialoqu istiqamətində də əhəmiyyətli addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan multikulturalizm sahəsində nümunəvi ölkəyə çevrilib. Bakı həmin mövzuda böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu proses indi də davam edir. Həmin səbəbdən, "Böyük İyirmilik" liderləri Prezident İlham Əliyevin qeyd etdiyimiz məqaləsindəki aşağıdakı fikrə diqqətlə yanaşmalıdırlar. "Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir".

Ölkə rəhbəri "Böyük İyirmiliy"in Antalya sammitində qəbul edilən qərarların qlobal problemləri həll edən birgə fəaliyyətə dəstək olacağına inandığını ifadə edib. Azərbaycan-Türkiyə əməkdaşlığı bu sahədə başqalarına nümunə ola bilər. Bu nümunədən bütövlükdə "Böyük İyirmilik" ölkələri niyə faydalanmasın?

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH