"İçərişəhər" Muzey Mərkəzi "Onlayn ünsiyyət" rubrikasına start verib
Bakı, 16 aprel, AZƏRTAC
Koronavirusun dünyada yayılması səbəbindən bir sıra Azərbaycan muzeyləri kimi "İçərişəhər" Muzey Mərkəzi də yeni bir ünsiyyət mərhələsinə keçib. Artıq bir aydan artıq müddətdir ki, "İçərişəhər" Muzey Mərkəzi onlayn rejimdə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu çərçivədə Muzey Mərkəzinin sosial şəbəkə hesablarında və "YouTube" kanalında "Onlayn ünsiyyət" rubrikasına start verilib. Rubrikanın ilk qonağı Xalq rəssamı Arif Hüseynov olub.
Canlı yayım "İçərişəhər" Muzey Mərkəzinin "İçərişəhər Muzey Mərkəzi - Old City Museum Center" adlı "Facebook" səhifəsindən izlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]