"İnter" doqquzuncu dəfə İtaliya kubokunun sahibi olub
Bakı, 25 may, AZƏRTAC
"İnter" klubu doqquzuncu dəfə futbol üzrə İtaliya kubokunun sahibi olub.
AZƏRTAC xəbər verir ki, Romada keçirilən final oyununda "İnter" klubu "Fiorentina" ilə qarşılaşıb. Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milan təmsilçisinin heyətində Lautaro Martines dubl edib, "Fiorentina"nın qolunu isə Nikolas Qonsales vurub.
Qeyd edək ki, "İnter" 1939-cu, 1978-ci, 1982-ci, 2005-ci, 2006-cı, 2010-cu, 2011-ci və 2022-ci illərdə kuboku qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]