İQTİSADİYYAT
"ISO/İEC 27001:2005” beynəlxalq standartı ölkəmizdə İKT-nin inkişafına böyük dəstəkdir
Bununla bağlı sentyabrın 10-da Bakıda keçirilən tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə MHM-nin respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət müəssisəsi olduğunu bildirib. İdarəetmə sistemlərinin sertifikatlaşdırılması sahəsində dünya lideri olan SGS şirkəti ilə əməkdaşlıq əlaqələrindən danışan nazir müavini qeyd edib ki, bu beynəlxalq standartın Azərbaycanda tətbiqi ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlərə böyük dəstəkdir.
MHM fəaliyyətini yüksək qiymətləndirən E.Vəlizadə bildirib ki, indi növbəti addım Milli Sertifikat Xidmətləri Mərkəzinin dünyada sertifikat xidmətləri göstərən mərkəzlərin inanılmış siyahısına (trusted list) daxil olunmasıdır və bu istiqamətdə işlər davam etdiriləcək.
Tədbirdə çıxış edən SGS şirkətinin Xəzəryanı dövlətlər üzrə meneceri Azər Məmmədov və MHM-nin direktoru Nail Mərdanov bildiriblər ki, “ISO/İEC 27001:2005” beynəlxalq standartı informasiya təhlükəsizliyi sahəsində ən yaxşı təcrübəyə əsaslanan və hərtərəfli nəzarət mexanizmini təqdim edən idarəetmə sistemidir.
Sertifikat 2017-ci il avqustun 19-dək qüvvədə qalır. Təkrar sertifkatlaşdırma auditinin 2017-ci il iyunun 24-dək həyata keçirilməsi nəzərdə tutulur.