Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Minalardan üzümlüklərə: Müharibədən sonra Azərbaycanda bərpa səyləri" – “Forbes” yazır...

"Minalardan üzümlüklərə: Müharibədən sonra Azərbaycanda bərpa səyləri" – “Forbes” yazır...

Bakı, 27 dekabr, AZƏRTAC

Dünyanın ən məşhur nəşrlərindən olan "Forbes"də Azərbaycanın üzləşdiyi mina problemi və bu sahədə görülən işlər haqqında məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA), Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və "Sülhün kökləri" təşkilatının ("Roots of Peace"), eləcə də minatəmizləmə fəaliyyəti ilə məşğul olan təşkilatların birgə fəaliyyəti, minalardan təmizlənmiş torpaqların kənd təsərrüfatına qaytarılması və üzüm bağlarının salınması təşəbbüsləri xüsusi vurğulanır. Yazıdan aydın olur ki, xanım Heidi Künün ANAMA və BAMF ilə əməkdaşlıq çərçivəsində Azərbaycana səfəri mina probleminin həllinə qlobal diqqətin artırılmasına xidmət edir. Məqalə, həmçinin Qarabağda bərpa layihələrinin reallaşdırılması və bölgənin potensialının dünya ictimaiyyətinə tanıdılması məqsədi daşıyır. Məqalədə deyilir:

“Əlim titrəyə-titrəyə qələmdən yapışdım və "AB-pozitiv" sözlərini ziyarətçinin qeyd dəftərinə yazmağa başladım. Hər bir hərəkət sükut içində ifadə olunmayan həqiqətin sarsıdıcı təsdiqi idi. Ürək döyüntülərimin səsi yaxınlıqda gözləyən iki təcili yardım maşınının motorlarının səbirsiz xırıltısını boğurdu.

Hələ bir ay əvvəl Borlauq Dialoqunda — Ayova ştatında Dünya Ərzaq Mükafatı Fondunun hər il keçirilən ərzaq təhlükəsizliyi konfransında Dünya Ərzaq Mükafatı laureatı və "Sülhün kökləri" adlı qeyri-hökumət təşkilatının vizyoner qurucusu Heidi Künla tanış olmuşdum. 25 ildir ki, bu təşkilat müharibənin yaralarını ümid toxumlarına çevirmiş, minalanmış əraziləri məhsuldar kənd təsərrüfatı torpaqlarına çevirmək üçün yorulmadan çalışır.

Bir neçə həftə sonra Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Konfransı - COP29-da hər ikimizin iştirak edəcəyini öyrəndikdə, Heidi mənə "Mənimlə birgə gedək," - dedi və məqsədli intonasiya ilə əlavə etdi - "Qarabağın minalanmış sahələrində gəzmək üçün".

Beləliklə, bir ay sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qara rəngli SUV avtomobilinin arxa oturacağında idik. Bakıdan Ağdama doğru dörd saatlıq yolu qət edirdik, avtomobil yavaş-yavaş irəliləyirdi. İşimizin ciddiliyi aramızdakı gülüş və pıçıltı ilə bölüşülən etiraflarla yumşalırdı. Bir-birimizin əlindən bərk-bərk tutmuşduq. İki ana olaraq, qəlbimiz qətiyyətlə dolu idi və övladlarımız haqqında danışırdıq - ortaq insanlığımız yaxınlaşan təhlükənin kölgəsi altında açıq-aşkar görünürdü.

Avtomobilin ön oturacağında BAMF-in prezidenti Umud Mirzəyev oturmuşdu. Sakitliyi və təvazökar qətiyyəti ilə səfərimizi təşkil edirdi. Təkcə Azərbaycanda minatəmizləmə səylərini yorulmadan irəlilədən və daha təhlükəsiz bir gələcəyə çağıran bir QHT rəhbəri yox, həm də üzümçülüklə məşğul olan ailədə doğulmuş qarabağlı idi. Heidi ilə onun arasındakı münasibətlər ortaq məqsəd və bərpa inancı ilə möhkəmlənmiş, onların hər ikisinin bərpa etməyə can atdığı torpaq qədər davamlı dostluğa çevrilmişdi.

Əvvəlki ziyarətlərindən birində, Heidi və Mirzəyev Tərtərdə rəmzi olaraq bir üzüm tənəyi əkmişdilər. Bu, sadə, lakin dərin məna kəsb edən hərəkət idi - dağıntılardan sonra həyatın yenidən başlaya biləcəyinə sözsüz vəd idi. Avtomobilimiz Ağdamın təhlükəli sahələrinə doğru irəlilədikcə, Mirzəyevin sabit və möhkəm duruşu həmin vədin yükünü daşıyırdı.

Qarşımızdakı Ağdam - bir zamanlar canlı olan şəhər mərkəzi indi müharibənin çirkin izlərini üzə çıxarırdı. Ərazidə qalan evlərin qalıqları, pas atmış sınıq-salxaq avtomobillər və boş sahələr müharibənin dağıdıcı təsirinin ürəkağrıdan şahidlərinə çevrilmişdi.

Lakin viran qalmış bu ərazinin altında Azərbaycanın qədim şərabçılıq ənənələrinin dərin köklərinin dayandığı tarix yatır. Ağdam yaxınlığında aparılan arxeoloji qazıntılar, 3 min 500 il əvvələ aid üzüm toxumları və daşlaşmış gil qablar ortaya çıxarmışdı. Bir zamanlar Azərbaycana məxsus unikal üzüm sortlarının yetişdirildiyi bu torpaqlar itirilmiş dəyərlərin kədərli xatırladıcısı olmaqla yanaşı, yenidən çiçəklənə biləcək gələcəyin rəmzidir.

Prezident İlham Əliyevin xüsusi nümayəndəsi Elçin Əmirbəyovla apardığım müzakirələr müharibənin dəhşətli təsirlərini göz önünə sərdi. Azərbaycan dünyada ən çox minalanmış beş ölkədən biridir. 1990-cı illərdən bəri yerləşdirilmiş 1.5 milyondan çox mina və partlamamış sursat 12 min kvadratkilometr sahəni - Azərbaycanın 13 faizini çirkləndirib. Son 30 il ərzində Azərbaycanda mina qurbanlarının ümumi sayı minlərlə ölçülür və 2020-ci ildən bəri 382 mina qurbanı qeydə alınıb.

Azərbaycan iqtisadiyyatına və ərzaq təhlükəsizliyinə vurulan ən ağır zərbə hazırda münaqişənin izləri səbəbi ilə istifadəyə yararsız sayılan geniş və boş torpaqlardan qaynaqlanır. Bu torpaqların 60 faizi düzənlik və münbit kənd təsərrüfatı sahələridir. Xarici İşlər Nazirliyinin hesabatına əsasən, “minaların və digər partlamamış hərbi sursatların mövcudluğu torpaq səthini, bitki örtüyünü, suyun sızmasını və axınını ciddi şəkildə pozmuş və dəyərli kənd təsərrüfatı torpaqlarının böyük sahələrini əlçatmaz vəziyyətə gətirmişdir”.

2024-cü ilin ortalarına qədər 145 min 700 hektardan çox ərazi təmizlənmiş, 32 min 581 piyada əleyhinə mina və 19 min 666 tank əleyhinə mina da daxil olmaqla, 122 mindən çox partlayıcı maddə zərərsizləşdirilmişdir. Buna baxmayaraq, çirklənmiş ərazilərin cəmi 13 faizdən az bir hissəsi təmizlənib ki, bu da qarşıda duran problemin miqyasını açıq şəkildə göstərir.

“Minatəmizləmə səyləri baha başa gəlir və inkişaf etmiş texnologiya, peşəkar işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir,” – deyən Mirzəyev bildirir: “Təcili investisiyalar olmadan davam edən ekoloji pozuntular artacaq və biomüxtəlifliyə, təbii ekosistemlərə, bu resurslara arxalanan icmaların dolanışığına təhlükə yaradacaq. Minatəmizləmə işlərini sürətləndirmək yalnız humanitar zərurət deyil, həm də planetimizin biosferinə daha çox ziyan vurulmasının qarşısını almaq üçün ekoloji imperativdir”.

2021-ci ilin iyun ayında Ermənistanın təqdim etdiyi mina xəritəsi yalnız Ağdamda 97 min minanın mövcudluğunu ortaya çıxarmışdı. 2023-cü ildə ANAMA-nın koordinasiyası altında BMT İnkişaf Proqramı (UNDP), BAMF, Mina Məsləhət Qrupu (MAG) və APOPO ilə əməkdaşlıq çərçivəsində mina təhdidini azaltmaq və ərazini məskunlaşdırmaq üçün bir layihəyə başlandı. 2024-cü ildə bu səylər nəticəsində təkcə Ağdamda təxminən 3 min mina zərərsizləşdirildi.

"Global Environmental Change" jurnalında dərc edilmiş bir araşdırmaya görə, post-Sovet dövründə Qafqaz regionunda kənd təsərrüfatı torpaqlarının tərk edilməsinin üçdə biri müharibə ilə əlaqədardır ki, bu da qismən minaların mövcudluğundan qaynaqlanır.

Heidi Künün xatirələrindən ibarət "Canlanan torpaq: Minalardan üzümlüklərə. Bir qadinin dünyani qorumaq missiyası" kitabına yazdığı ön sözdə Kraliça Nur minaları “yavaş hərəkətli kütləvi qırğın silahları” kimi təsvir edir. O yazır: “Onlar münaqişə başa çatdıqdan çox sonra da insanların, heyvanların həyatını məhv edir və qiymətli kənd təsərrüfatı torpaqlarını girov saxlayır”. Bu, Qarabağdakı müharibənin mirasıdır.

2023-cü ildə Azərbaycan “Minasız dünya” ideyasını 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq elan etdi və bu cəsur ideyanı BMT-nin 2030-cu il Gündəliyi ilə uzlaşdırdı. Minalar sadəcə münaqişənin qalıqları yox onlar həyatın özünə maneədir, münbit torpaqları əlçatmaz edir və qlobal və yerli icmalar üçün ərzaq təhlükəsizliyinin həyat xəttini kəsir.

Qarabağda, o cümlədən Ağdamda və dünyanın 60 ölkəsində torpağın altında gizlənmiş təxminən 110 milyon minanın qaldığı saysız-hesabsız bölgələrdə bərpa vədini torpağın özü qoruyur, şəfa tapacağı günü gözləyir.

Heidi ilə mən səssiz bir andla bağlanmışdıq: qorxuya qarşı birlikdə dayanmaq, başqalarının cəsarət etmədiyi yerlərdə təhlükəsizlik yolları açmaq və münaqişə ilə susdurulanların səslərini irəliyə daşımaq.

Bu, dərhal və dərin bir bağ idi — iki ananın ümidləri ilə qidalanan bir bağ. Torpaq üçün ümid. Övladlarımız üçün ümid. Minaların əvəzində güclü və möhkəm üzüm tənəklərinin çiçəklənəcəyi bir dünya ümidi ilə”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb