"Qarabağ" klubu fasiləyə üstün yollanıb
Bakı, 23 avqust, AZƏRTAC
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Viktoriya" (Plzen) - "Qarabağ" oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Çexiyadakı "Dusan Arena"da oynanılan matçda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb. Matçın 38-ci dəqiqəsində “Qarabağ”ın heyətində Filip Ozobiçin vurduğu qol ilk hissədə komandamızın üstünlüyünü təmin edib - 1:0.
Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb.