"Real Madrid" 13-cü dəfə Çempionlar Liqasının qalibi oldu
Bakı, 27 may, AZƏRTAC
"Real Madrid" klubu 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
AZƏRTAC xəbər verir ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klubları arasında Kiyevin "Olimpiya" stadionunda keçirilən final oyunu dramatik anlarla yadda qalıb.
Gərgin keçən ilk hissə qolsuz heç-heçə ilə başa çatıb. Fasilədən sonra madridlilər hesabı açıb. Kərim Benzema qapıçının səhvini bağışlamayıb - 1:0. Bu qoldan dörd dəqiqə sonra Sadio Mane hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın 64-cü dəqiqəsində Qaret Beyl gözəl qola imza atıb - 2:1. Oyunun əsas vaxtının qurtarmasına yeddi dəqiqə qalmış Qaret Beyl 27 metrlik məsafədən vurduğu zərbə ilə oyunda son nöqtəni qoyub. Bu dəfə də “Liverpul”un qapıçısı kobud səhvə yol verib.
Beləliklə, Avropanın ən nüfuzlu klub turniri "Real Madrid" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.