"YAŞAT" Fondu şəhid övladları üçün növbəti layihəyə başlayıb
Bakı, 7 sentyabr, AZƏRTAC
"YAŞAT" Fondu tərəfindən artıq 3-cü ildir ki, həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsi şəhid övladlarını sevindirməyə davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dəfə də ölkənin bütün bölgələrindən olan 1000-dən çox şəhid övladı bir illik məktəbli ləvazimatları ilə təmin ediləcək. Qutuların ünvanlara çatdırılması prosesinə bir həftədir ki, start verilib. Hədiyyələrin paylanması 15 sentyabr tarixinədək davam edəcək.
Qeyd edilib ki, layihənin əsas sponsoru Bakcell, logistika dəstəkçisi isə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT Logistics"dir.