AAYDA sədri Sumqayıt şəhərində vətəndaşlarla görüşəcək
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov noyabr ayının 24-də Sumqayıt şəhərində vətəndaşlarla görüşəcək.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, qəbul saat 11:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Sumqayıt şəhəri və Qubadlı rayonu sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Sumqayıt şəhəri “1 №-li Magistral Yolların İstismarı” MMC-də öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]