Abdulla Şaiqin mənzil-muzeyində “Şələquyruq” adlı kukla tamaşası nümayiş olunub
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Abdulla Şaiqin mənzil-muzeyində Beynəlxalq Muzeylər Gününə həsr edilmiş, balaca tamaşaçılar üçün “Şələquyruq” adlı kukla tamaşası nümayiş olunub.
Muzeydən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan ədəbiyyatının klassiki, uşaq dramaturgiyasının banisi Abdulla Şaiqin eyniadlı hekayəsi əsasında hazırlanmış kukla tamaşası Abdulla Şaiqin mənzil-muzeyinin əməkdaşları tərəfindən kiçik yaşlı izləyicilər üçün 2 seansda təqdim olunub.
Maraqla izlənilən tamaşa balacalar tərəfindən alqışlarla qarşılanıb.
Tamaşadan sonra iştirakçılar üçün muzeydə ekskursiya təşkil edilib.