ABƏŞ: YARIM İLDƏ 483 MIN KUBMETRDƏN ÇOX QAZ HASİL EDİLMİŞDİR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti qaz hasilatı üzrə cari ilin altıaylıq proqnozunu artımla yerinə yetirmişdir. Dövlət Neft Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, konsorsiuma daxil olan şirkətlər bu müddətdə 451 min kubmetr əvəzinə, 483 min kubmetrdən artıq “mavi yanacaq” hasil edərək, tapşırığa 107,1 faiz əməl etmişlər. Şirkətlər iyun ayının proqnozunu kəsirlə yerinə yetirmişlər. Belə ki, 72,3 min, yəni nəzərdə tutulandan 2,4 min kubmetr az təbii qaz çıxarılmışdır.