ABŞ 8 MİN DƏNİZ PİYADASINI YAPONİYADAN ÇIXARMAĞA HAZIRDIR, AMMA...
Okinava adasının sakinləri və hökuməti artıq çoxdan ABŞ-ın buradakı hərbi qüvvələrinin azaldılmasına çalışırlar. Yaponiyanın ümumi ərazisinin 1 faizindən də azını təşkil edən adada Amerika silahlı qüvvələrinin bu ölkədəki bütün obyektlərinin 75 faizi cəmlənmişdir. Məsələn, adada ABŞ-ın 18-20 min nəfərdən ibarət dəniz piyadası diviziyası yerləşmişdir. Bundan əlavə, Okinavanın hakimiyyət orqanları Futemma dəniz piyadası aerodromunun ləğvini də tələb edirlər. Lakin Vaşinqton və Tokio aerodromu adanın şimal-qərbinə köçürmək barədə razılığa gəlmişlər ki, bu da yerli idarəetmə orqanını razı salmır.
Pentaqon Okinavadakı hərbi qulluqçularının sayının azaldılmasını Tokio ətrafında Yokosuka bazasındakı mövqeyini gücləndirməklə, burada atom təyyarə gəmisi yerləşdirməklə, Yaponiyanın şimalında həmsərhəd ölkələri izləyəcək yeni radarla kompensasiya etmək niyyətindədir.