ABŞ AZƏRBAYCAN İLƏ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQDAN MƏMNUNDUR
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 9-da ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Boyden Qrey və ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənn ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın və Türkmənistanın neft-qaz potensialının müzakirəsinə həsr olunmuş konfransın təşkilini yüksək qiymətləndirən qonaqlar, bu cür tədbirlərin iki dövlət arasında enerji sahəsində əməkdaşlığı gücləndirməklə yanaşı, enerji təhlükəsizliyinin təminatında vacib rol oynadığını qeyd etmişlər.
ABŞ rəsmiləri Birləşmiş Ştatlar və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluqlarını ifadə etmiş, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayaraq, bu mənada ölkəmizdə neft və qazın hasilatı sahəsində həyata keçirilən layihələrin, habelə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin vacibliyini diqqətə çatdırmışlar.
Nazir E.Məmmədyarov Azərbaycanın qoşulduğu enerji layihələrinin ölkə üçün faydasına toxunaraq, bu layihələrin strateji, təhlükəsizlik və iqtisadi baxımından ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]