ABŞ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ MÜDAFİƏ EDİR VƏ DAĞLIQ QARABAĞI MÜSTƏQİL DÖVLƏT KİMİ TANIMIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, ABŞ dövlət katibinin köməkçisi Elizabet Consun bəyanatı Ermənistanda çox hay-küylə qarşılanmışdır. Xanım Cons bildirmişdir ki, “Rusiya Dnepryanı bölgə, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ problemlərinin həllində, həmin ərazilərdə sabitlik yaranmasında, bu bölgələrdə hakimiyyət orqanlarının cinayətkar ünsürlərdən təmizlənməsi uğrunda mübarizə aparılmasında maraqlı olmalıdır”.
ABŞ-ın Yerevandakı səfirliyində həmin bəyanatı şərh edərək, Vaşinqtona istinadla bildirmişlər ki, Dağlıq Qarabağ münaqişəsi barədə ABŞ-ın siyasəti dəyişməmişdir. ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Beynəlxalq birlik də, ABŞ da Dağlıq Qarabağın rəhbərliyini tanımır. ABŞ Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və bu fikirdədir ki, Dağlıq Qarabağın gələcək statusunu tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlar prosesində müəyyənləşdirməlidirlər. ATƏT-in Minsk qrupunda iştirakı vasitəsilə ABŞ bu münaqişənin dincliklə həllinə fəal surətdə kömək göstərməkdə davam edir. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında uzunmüddətli danışıqlar bizdə ümid yaradır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]