ABŞ bu il Avropa İttifaqının mallarından 100 milyard avro rüsum yığa bilər
Bakı, 6 may, AZƏRTAC
ABŞ bu il Avropa İttifaqından idxal olunan mallardan 100 milyard avro rüsum yığa bilər. 2024-cü ildə bu göstərici 7 milyard avro təşkil etmişdi.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxış edən Avropa komissarı Maroş Şefçoviç deyib.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqından idxalın 70 faizinə 10-25 faizlik rüsum tətbiq edən Vaşinqton vergi tutulacaq məhsulların həcmini 97 faizə çatdırmağa hazırlaşır.
“Rüsum toplanması baxımından bu, nəhəng məbləğdir. 2024-cü ildə ABŞ Avropa İttifaqından idxal olunan mallarından 7 milyard avro rüsum toplayıb. Avropa Komissiyasının proqnozuna görə, 2025-ci ildə bu rəqəm 100 milyard avroya çata bilər”, - deyə Maroş Şefçoviç bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]