ABŞ-da silsilə qətllər törətmiş şəxs ömürlük həbs cəzasına məhkum edilib
Bakı, 22 avqust, AZƏRTAC
ABŞ-ın Sakramento şəhərində (Kaliforniya şəhəri) məhkəmə silsilə qətllər törətmiş, on illər ərzində axtarışda olmuş 74 yaşlı Cozef Ceyms de Anceloya ömürlük həbs cəzası kəsib. O, 13 nəfəri qətlə yetirdiyini və onlarca insana təcavüz etdiyini boynuna alıb. Bu barədə CNN telekanalı məlumat yayıb.
Vaxtilə polisdə işləmiş De Ancelo on illərlə axtarışdan sonra 2018-ci ildə saxlanılıb. Onun şəxsiyyətini DNT ekspertizası vasitəsilə müəyyənləşdirmək mümkün olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki,
De Ancelo türmədən vaxtından əvvəl buraxılması hüququndan məhrum edilib. Məhkəmənin hökmündən əvvəl o, peşman olduğunu deyib.
Yerli hökumət orqanlarının məlumatına görə, De Ancelo Kaliforniyada 1976-1986-cı illərdə silsilə cinayətlər, o cümlədən 13 qətl hadisəsi törədib, 50-dən çox insana təcavüz edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:18]
İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir
- 07.08.2026 [13:42]
“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib
- 07.08.2026 [13:35]
Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir
- 07.08.2026 [13:35]
Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib
- 07.08.2026 [12:48]