ABŞ-dakı aktiv qazma qurğularının sayı 898-ə düşüb
Bakı, 7 sentyabr, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 6 ədəd azalaraq 898 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 150 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7 ədəd geriləyərək 738 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 122 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd azalaraq 160 olub. Keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 26 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma - 316-ya düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]