ABŞ Dövlət Departamentinin rəsmisi Gürcüstana səfər edib
Tbilisi, 18 noyabr, AZƏRTAC
ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas Gürcüstanın "Tramp marşrutunu"na (Zəngəzur dəhlizi) dəstəyini müzakirə etmək üçün Tbilisiyə gəlib.
ÀZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, səfər çərçivəsində Conatan Askonas bu gün səhər saatlarında Birləşmiş Ştatların dəstəyi ilə inşa olunmuş və müasir texniki avadanlıqla təchiz edilmiş “Sadaxlı” gömrük-keçid məntəqəsinə baş çəkib.
C.Askonasın səfər çərçivəsində Gürcüstan Xarici İşlər Nazirliyinin və hökumətinin nümayəndələri, həmçinin beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.
Məlumata əsasən, Askonasın səfəri Gürcüstanın “Tramp marşrutu”nu necə dəstəkləyə biləcəyini müzakirə etmək məqsədi daşıyır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]