ABŞ DÖVLƏT KATİBİ YUNANISTANA GETMƏYƏCƏK
K.Pauell yunan həmkarı Petros Molivyatisə məktubunda bildirir ki, “fövqəladə hallarla” əlaqədar Yunanıstana gəlib, avqustun 29-da Oyunların təntənəli bağlanış mərasimində ölkəsini təmsil edə bilməyəcəkdir. K.Pauell məktubunda “Oyunların xüsusilə uğurlu və təhlükəsiz təşkil edildiyinə görə” Yunanıstanı tərifləmişdir.
Hər iki ölkənin XİN başçılarının razılığına əsasən, ABŞ dövlət katibi Yunanıstana oktyabrın birinci yarısında gələcəkdir.
ABŞ dövlət katibinin Yunanıstan paytaxtına gözlənilən səfərinə qarşı etiraz əlaməti olaraq, avqustun 27-də axşam Afinada kütləvi nümayiş keçirilmişdir. Buna baxmayaraq, yunanlar və əcnəbi qonaqlar Afina Olimpiadası haqqında çox müsbət təsəvvürə malikdirlər.
Oyunların Təşkilat Komitəsinin sifarişi ilə keçirilən ictimai rəy sorğusuna görə, respondentlərin 97,3 faizi Olimpiadada təhlükəsizliyin təmin edilməsindən, 95 faizi Olimpiya obyektləri əməkdaşlarının və könüllü köməkçilərin xidmətlərindən, 93,8 faizi Olimpiya obyektlərinin özündən, 81,8 faizi nəqliyyatın işindən razıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]