ABŞ-IN AZƏRBAYCAN İCMASI 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI MƏLUMAT YAYMIŞDIR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycan icması 20 Yanvar hadisələrinin on beşinci ildönümü ilə əlaqədar məlumat yaymışdır.
Məlumatda 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının törətdikləri vəhşiliklərin Azərbaycan xalqının azadlıq hisslərinin boğulmasına yönəldiyi vurğulanmış, Bakıda həmin gecə baş verən qırğınların əsas səbəbkarı kimi Mixail Qorbaçov göstərilmişdir. Məlumatda deyilir: “Küçədə, yolda, mənzillərinin eyvanında dayanmış sakinlər, şəhərdə hərəkət edən avtomobillər sovet qoşunlarının hədəfinə çevrilmişdir. Hər tərəfdə insan cəsədləri var idi: azərbaycanlı, rus, tatar, yəhudi. Hərbçilər qadınları, uşaqları, hətta qocaları belə güllələyirdilər. Bütün bunlar Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Əksinə, bu faciə Azərbaycanın müstəqillik mübarizəsini gücləndirdi”.
ABŞ-ın Azərbaycan icması dünya ictimaiyyətini Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsini yad etməyə çağırır və bildirir ki, Azərbaycan xalqının müstəqillik mübarizəsində verdiyi qurbanlar unudulmamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]