ABŞ-ın maliyyə naziri: Konqres borc tavanını dərhal qaldırmasa, defolt qaçılmaz olacaq
Bakı, 16 may, AZƏRTAC
ABŞ-da defolt iyunun 1-də baş verə bilər, Konqres borc tavanını dərhal qaldırmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
“Xəzinədarlıq Departamenti, çox güman ki, iyunun 1-də artıq hökumətin bütün öhdəliklərinə cavab verə bilməyəcək”, - deyə nazir xəbərdar edib.
Qeyd edək ki, müraciət ilk növbədə Konqresin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkartiyə göndərilib.
Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Konqres liderləri ilə görüşmüş, dövlət borcunun tavanının artırılması məsələsi gündəmdə olsa da, tərəflər razılığa gələ bilməmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]