ABŞ-ın Nümayəndələr Palatası Prezident Donald Trampı impiç edib
Vaşinqton, 14 yanvar, AZƏRTAC
Yanvarın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın impiçmenti ilə əlaqədar müzakirələr keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı Nümayəndələr Palatası üzvləri Trampı 6 yanvar tarixində baş verən qiyama təhrikçilik etməsində günahlandırıblar.
Qeyd olunub ki, keçən həftənin çərşənbə günü etirazçıların Konqresə hücumuna görə məsuliyyət daşıyır. Hücum nəticəsində 5 nəfər insan həyatını itirib. Müzakirələr qurtarandan sonra, Konqres üzvləri impiçment haqqında qətnaməyə səs veriblər.
Demokratların Nümayəndələr Palatasında çoxluq təşkil etdiyinə görə, prezidentin impiçmentini təmin etmək üçün tələb olunan səs çoxluğu asanlıqla təmin edilib. Prezidentin impiç olunmasının lehinə 232 Konqres üzvü səs verib, əlehinə 197, 5 nəfər isə səs verməyib. Bu, Trampı ABŞ tarixində Nümayəndələr Palatasında impiçmenti iki dəfə müzakirəyə çıxarılmış ilk prezident edib.
AZƏRTAC-ın Vaşinqton bürosu Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]