ABŞ İsrailə hərbi yardım üçün təyyarələr göndərib
Bakı, 18 oktyabr, AZƏRTAC
ABŞ hərbi yardımla İsrailə beş C-17 təyyarəsi göndərib.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bildirib.
“Bu günə qədər beş C-17 döyüş təyyarəsi İsrailə müxtəlif hərbi təhlükəsizlik yardımlarını uğurla çatdırıb. Reyslər oktyabrın 12-dən 16-dək həyata keçirilib”,-deyə o, qeyd edib.
Pentaqonun mətbuat katibinin müavini belə çatdırılmaların davam etdiriləcəyini söyləyib.
Həmçinin oktyabrın 17-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ İsrailə ölkənin hərbi əməliyyatları necə aparması barədə məsləhət vermək niyyətində deyil . Onun sözlərinə görə, İsrail dövlətinin Fələstin qüvvələrini məsuliyyətə cəlb etmək hüququ var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]