ABŞ KONQRESMENLƏRİNİN TEHRANA SƏFƏRİ NƏZƏRDƏ TUTULMUR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İran XİN-in rəsmi nümayəndəsi Həmid Rza Asəfi ABŞ konqresmenlərinin bu ilin fevralında İslam Respulikasına səfərinin mümkünlüyünü təkzib etmişdir. O demişdir ki, İranın BMT-dəki daimi nümayəndəsinin Vaşinqtona getməsi artıq neçənci dəfədir ABŞ-ın qeyri-hökumət qurumlarının diqqətini İrana cəlb etmək məqsədi daşıyır. Lakin kütləvi informasiya vasitələrinin məlumatının əksinə olaraq, ABŞ konqresmenlərinin Tehrana səfəri gündəlikdə durmur.
Həmid Rza Asəfinin bəyanatı İranın BMT-dəki nümayəndəsinin Vaşinqtona səfərindən sonra, guya, fevralın 11-də ABŞ konqresmenlərindən ibarət heyətin Tehrana gələcəyi barədə yayılan xəbərlərə cavabdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]