ABŞ Misirə nəzərdə tutulan 85 milyon dollarlıq hərbi yardımı Tayvan və Livana göndərəcək
Bakı, 14 sentyabr, AZƏRTAC
ABŞ hakimiyyəti Misirə nəzərdə tutulan 85 milyon dollarlıq hərbi yardım paketini Tayvan və Livana göndərməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” amerikalı siyasətçilərə istinadla məlumat yayıb.
Bayden administrasiyası Qahirənin insan haqları tələblərinə əməl etməməsi səbəbindən Misirə 85 milyon dollarlıq hərbi yardımı dayandıracağı barədə Konqresə məlumat verib. Bu məbləğin 55 milyon dollarının Tayvana, qalan 30 milyon dollarının isə Livana göndərilməsi planlaşdırılır. Qəzetin qeyd etdiyi kimi, bəzi ABŞ qanunvericiləri Qahirəyə daha 235 milyon dolların ayrılmasını dayandırmaqda israrlıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]