ABŞ Prezidenti Kanada, Meksika və Çin məhsullarına rüsum tətbiq edib
Vaşinqton, 2 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə 3 sərəncam imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, sərəncamlarda Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcəyi göstərilir.
İstisna yalnız neftlə bağlı olub. Belə ki, benzin və soba yanacağının qiymətlərində artım ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb.
Bu sərəncamlar faktiki olaraq hər 3 ölkə ilə bir neçə ildir mövcud olan rüsumsuz ticarəti ləğv edir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir VİDEO
- 02.10.2026 [11:35]