ABŞ rüsumlardan yarım ildə 87,2 milyard dollar gəlir götürüb
Bakı, 18 iyul, AZƏRTAC
ABŞ 2025-ci ilin yanvar-iyun ayları ərzində gömrük rüsumlarından 87,2 milyard dollar gəlir əldə edib.
AZƏRTAC xəbər verir ki, “Nikkei Asia” portalı bu barədə ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın aprel ayında tətbiq etdiyi yeni tariflərdən sonra idxal rüsumlarından əldə olunan gəlirlərdə kəskin artım müşahidə olunub. Sabit 10 faizlik rüsum dövlət büdcəsinə 17,7 milyard dollar, avtomobil idxalına tətbiq edilən 25 faizlik tarif isə 10,7 milyard dollar gəlir gətirib.
ABŞ Maliyyə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, yalnız iyun ayında gömrük rüsumlarından büdcəyə 26,6 milyard dollar vəsait daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çoxdur. Ekspertlər hesab edirlər ki, rüsumlar artıq ABŞ üçün sabit büdcə gəliri mənbəyinə çevrilməkdədir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Donald Tramp administrasiyası dövründə tətbiq olunan tariflərin ölkəyə əlavə olaraq 47 milyard dollar gəlir gətirdiyini bildirib. 2025-ci ilin ikinci rübündə gömrük rüsumları 64 milyard dollara çataraq ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47 milyard dollar çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]