ABŞ Senatı prezidentlərə xarici təyyarələrdə uçmağı qadağan etmək istəyir
Bakı, 20 may, AZƏRTAC
ABŞ Senatında Demokratlar partiyasının lideri Çak Şumer Ağ evin Qətərdən “Boeing-747-8” layneri hədiyyə alacağı ilə bağlı xəbərlər fonunda ölkə prezidentlərinin xarici təyyarələrdə uçmasını qadağan edən qanun layihəsini irəli sürüb.
AZƏRTAC xəbər verir ki, Çak Şumer bu barədə özünün sosial media hesabında yazıb.
Onun sözlərinə görə, qanun layihəsi Birləşmiş Ştatların Müdafiə Nazirliyinə prezidentlərin uçuşları üçün (Air Force One) xarici təyyarələrin alınması və ya modifikasiya edilməsi üçün vəsaitlərdən istifadəni qadağan etməyi nəzərdə tutur.
“Qətər təyyarəsinin modernizə edilməsi milyardlarla dollara başa gələcək və bütün fəlakətli riskləri tamamilə aradan qaldırmayacaq”, - Çak Şumer bildirib.
Eyni zamanda, CNN telekompaniyası məlumatlı mənbələrə istinadla xəbər verir ki, Qətərdən “Air Force One” kimi istifadə olunacaq “Boeing 747” təyyarəsini almaq üçün ilk müraciət məhz Donald Tramp administrasiyası tərəfindən edilib. Telekanal vurğulayır ki, bu, Donald Trampın Qətərin təyyarəni “hədiyyə” olaraq verməsi ilə bağlı bəyanatına ziddir.
Qeyd edək ki, Donald Tramp administrasiyasının Qətərin kral ailəsindən “Air Force One” kimi istifadə ediləcək “Boeing 747-8” təyyarəsi almaq planları bəzi amerikalı qanunvericilərin narazılığına səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]