ABŞ və müttəfiqləri Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə razılığa gəlib
Vaşinqton, 10 iyul, AZƏRTAC
ABŞ və müttəfiqləri Ukraynaya 5 əlavə hava hücumundan müdafiə sistemləri dəsti tədarük edəcək. AZƏRTAC-ın Ağ evə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ, Almaniya, İtaliya, Niderland, Rumıniya və Ukrayna liderlərinin birgə bəyanatında deyilir.
Bildirilir ki, yardım paketinə “Patriot” batareyaları, onları işə salmaq üçün komponentlər və SAMP-T sistemləri daxildir. Bəyanata əsasən, sözügedən hava hücumundan müdafiə sistemləri Ukraynaya şəhərlərini, sakinləri və hərbçiləri hava hücumundan qorumağa imkan verəcək. Həmçinin tərəflər yaxın aylarda Ukraynaya NASAMS, HAWK, IRIS T-SLM, IRIS T-SLS və “Gepard” sistemləri də daxil olmaqla, onlarla taktiki hava hücumundan müdafiə sistemi vermək niyyətindədilər.
“Biz, həmçinin NATO-nun Ukraynanın NATO-ya inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini inkişaf etdirmək işinə dəstəyini alqışlayırıq. Bizim dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır”, - deyə bəyanatda qeyd olunur.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]