ABŞ və Türkiyə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması müzakirə olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Ankarada ABŞ və Türkiyə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması müzakirə olunub. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə paytaxtında səfərdə olan ABŞ-ın Ticarət naziri Uilbur Ross ilə türkiyəli həmkarı Ruhsar Pekcan arasında keçirilən geniştərkibli görüşdə ikitərəfli ticarət əlaqələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
R.Pekcan bildirib ki, əsas hədəf iki ölkənin ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasıdır. O əlavə edib ki, Türkiyənin Birləşmiş Ştatlara ixrac edəcəyi potensial məhsullar arasında mülki aviasiya, avtomobil sənayesi, həmçinin zərgərlik, mebel, toxuculuq məhsulları ola bilər.
Tərəflər əmtəə dövriyyəsi üçün şəraitin daha da yaxşılaşdırılması, özəl şirkətlərin dəstəklənməsinin zəruriliyini də vurğulayıblar. Türkiyəli nazir ABŞ-ın türk mallarına tətbiq etdiyi rüsumların azaldılması ilə bağlı da amerikalı həmkarına müraciət edib.
Uilbur Ross Türkiyədə iri şirkətlərin rəhbərləri ilə görüşlər də keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]