CƏMİYYƏT
Abşeron rayonunda yeni yaşayış məntəqəsinə “Şəfəq” adı verilib
Bakı, 23 oktyabr, AZƏRTAC
Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin yanında Toponimiya komissiyasının oktyabrın 23-də keçirilən iclasında qərara alınıb.
Toponimiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli iclasın gündəliyində müzakirəyə çıxarılan məsələnin mahiyyəti barədə danışaraq, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olduğunu bildirib. O qeyd edib ki, müraciətdə bu yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.
Beləliklə, Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsi “Şəfəq” adlandırılıb.