ABŞERON YARIMADASINDA TULLANTILARIN İDARƏ OLUNMASI SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR UZUNMÜDDƏTLİ TƏDBİRLƏR PLANI HAZIRLANACAQDIR
Bakıda məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Dünya Bankının ekspertləri tərəfindən hazırlanmış və 5 komponentdən ibarət “Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihəsi çərçivəsində müxtəlif spesifik məsələlər üzrə bır sıra mütəxəssislərin cəlb edilməsi də nəzərdə tutulmuşdur.
İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda nazirlik tərəfindən cəlb edilmiş İngiltərənin “Currie & Brown” şirkəti Abşeron yarımadasında tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsinə dair qısamüddətli tədbirlər planı hazırlayır.
Layihənin bu komponenti çərçivəsində İİN-in bu sahədə apardığı işlərin davamı olaraq, strateji planın tamamlanması üçün təhlillər aparılacaq, sektorun maliyyə, əməliyyat və hüquqi baxımdan yenidən qurulmasını ətraflı şəkildə təsvir edəcək uzunmüddətli tədbirlər planı hazırlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]