Abşeron yarımadasının bəzi yerlərində küləyin sürəti saniyədə 30 metrədək güclənəcək
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, günün ikinci yarısından noyabrın 24-dək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metrədək, yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Noyabrın 23-24-də Azərbaycanın rayonlarında qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək, noyabrın 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 metrədək güclənəcəyi ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]