İDMAN
“ABU” HƏNDBOL KLUBU KUBOKLAR KUBOKU TURNİRİNİN NÖVBƏTİ MƏRHƏLƏSİNƏ VƏSİQƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də Azərbaycanın qadınlardan ibarət “ABU” həndbol klubu Bakıda Kuboklar Kuboku turnirinin ikinci mərhələsində Polşanın “Zaqlebiye” komandası ilə cavab görüşü keçirmişdir.
Xatırladaq ki, ilk oyun “ABU”-nun qələbəsi ilə başa çatmışdır - 27:25. Gərgin idman mübarizəsi şəraitində keçən cavab qarşılaşmasında isə Polşa komandası Azərbaycan çempionunu 29:27 hesabı ilə məğlub etmişdir.
Qeyd edək ki, Polşa klubu ilə əldə olunmuş razılığa əsasən, hər iki oyun Bakıda keçirilmişdir. Bununla belə, ikinci oyun ABU-nun səfər görüşü sayıldığından Polşa komandası ən azı üç top fərqi ilə qalib gəlməli idi. Lakin güclü rəqibin təzyiqlərinə tab gətirən “ABU”nun həndbolçuları minimal hesabla məğlub olaraq növbəti mərhələyə vəsiqəni təmin etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.12.2023 [13:15]
Azərbaycan vəkilləri beynəlxalq futbol turnirinin qalibi olublar
- 11.12.2023 [12:23]
Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
- 11.12.2023 [11:27]
Azərbaycanlı futbolçu Tailandda klubunu dəyişib
- 11.12.2023 [10:57]
Madaqaskarlı hücumçu: Artıq “Sabah”la oyunu unutmalıyıq
- 11.12.2023 [10:50]
“Qarabağ” - “Sumqayıt” oyununda iki yubiley qeydə alınıb
- 11.12.2023 [10:38]