ABYF XEYRİYYƏ KONSERTİ TƏŞKİL EDİR
ABYF-nin nümayəndəsi Səid Ağabalayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycanda internat məktəblərinin dəstəklənməsi layihəsi çərçivəsində təşkil edilmiş konsert Hollandiya və Almaniya müsiqiçilərinin iştirakı ilə “Karvan” caz klubunda keçiriləcəkdir. O, Vergilər Nazirliyinin dəstəyini xüsusi vurğulayaraq demişdir ki, nazirliyin qərarı ilə konsertdən yığılan vəsaitdən vergi tutulmayacaqdır.
S.Ağabalayev xatırlatmışdır ki, ABYF 6 ildən çoxdur ölkəmizin uşaq evlərində və internat məktəblərində xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan yeganə beynəlxalq təşkilatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 30.09.2026 [19:05]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [18:41]