Açıq səma altında yaradılan rəsmlər
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakıda tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr edilmiş “Açıq səma altında plener-17” keçirilib.
AZƏRTAC xəbər verir ki, “Payız” mövzusunda olan plener Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil edilib.
“Art villa” qalereyasında reallaşan sərgi çərçivəsində çoxsaylı həvəskar və peşəkar rəssamlar açıq səma altında müxtəlif janrlı rəsm əsərləri yaradıblar. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edib.
Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.