ADAU-da 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb
Bakı, 11 yanvar, AZƏRTAC
Ölkədə kənd təsərrüfatı sahəsində ali təhsilli mütəxəssislər hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, imtahanların gedişi ilə bağlı şikayət və təkliflərin operativ araşdırılması məqsədilə imtahan qərargahı, tələbələrə qərargaha onlayn müraciət imkanları yaradılıb. 2021-ci il yanvarın 11-dən fevralın 6-dək şifahi formada onlayn keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsinin əyani təhsil formasında 4700, magistratura səviyyəsində 407 tələbə iştirak edir.
“Microsoft Teams" proqramı üzərindən keçirilən imtahanların hər birinin videoyazısı aparılır. Bundan başqa, ictimai nəzarəti təmin etmək məqsədilə valideynlər imtahan prosesinə nəzarət etməyə dəvət olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]