ADAU-nun əməkdaşları elektron sənəd dövriyyəsi sistemindən səmərəli istifadə ilə bağlı məlumatlandırılıb
Gəncə, 28 noyabr, Elcan Məmmədov. AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) elektron sənəd dövriyyəsi sisteminin daha səmərəli tətbiqinə dair təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim zamanı inzibati heyətin bir qrup əməkdaşına mövcud qaydalar üzrə yenilənmiş məlumatlar təqdim olunub, sənəd axınının rəqəmsal idarə olunması ilə bağlı aktuallaşdırılmış prosedurlar müzakirə edilib.
Sessiya çərçivəsində universitetin Ümumi şöbəsinin müdiri Venera Hüseynova sənədlərin rəqəmsal imza ilə təsdiqlənməsi, arxivləşdirilməsi, sistemdə axtarış və izləmə imkanları, həmçinin, daxili iş proseslərində operativliyin artırılmasına yönəlmiş vacib məqamlara diqqətə çatdırıb.
Sonda suallar cavablandırılıb.